SON DƏQİQƏ
» » Prezident İlham Əliyev Samux rayonuna səfər etdi

Prezident İlham Əliyev Samux rayonuna səfər etdi

Tarix:

19-08-2017, 20:31

/ 4 654 dəfə oxundu.
Prezident İlham Əliyev Samux rayonuna səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gedib.
GUNAZ.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Sonra Prezident İlham Əliyev Samux rayonuna səfəri çərçivəsində Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ