Qaradağda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməli qoyulub
Tarix:
30-05-2017, 15:15
/ 4 360 dəfə oxundu.
Mayın 30-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərq hissəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib.
Birinci vitse-prezidenti kompleksin təməlini qoyub və mərasimdə çıxış edib.
Sonra Baş nazirin müavini Əli Həsənov, "Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.