SON DƏQİQƏ
» » İlham Əliyev Gürcüstan Prezidentini təbrik etdi

İlham Əliyev Gürcüstan Prezidentini təbrik etdi

Tarix:

25-05-2017, 20:57

/ 3 184 dəfə oxundu.
İlham Əliyev Gürcüstan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu xoş ənənələrə sadiq qalan xalqlarımızın iradəsindən qaynaqlanır.
İnanıram ki, strateji tərəfdaş olan ölkələrimizin birgə reallaşdırdığı irimiqyaslı layihələr, daim genişlənən əməkdaşlığımız bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ