SON DƏQİQƏ
» » Monqolustan prezidenti İlham Əliyevə məktub yazdı

Monqolustan prezidenti İlham Əliyevə məktub yazdı

Tarix:

28-04-2017, 18:29

/ 3 742 dəfə oxundu.
Monqolustan prezidenti İlham Əliyevə məktub yazdı

Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubun mətnini təqdim edirik:
"Zati-aliləri cənab Prezident.
Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ