SON DƏQİQƏ
» » ABŞ Bakı vasitəsilə bu ölkələrlə dostluğu artırır

ABŞ Bakı vasitəsilə bu ölkələrlə dostluğu artırır

Tarix:

20-04-2017, 16:43

/ 1 876 dəfə oxundu.
ABŞ Bakı vasitəsilə bu ölkələrlə dostluğu artırır

Amerika Birləşmiş Ştatları (ABŞ) diqqətini Azərbaycanla münasibətlərinə yönəltsə, müdrik addım atmış olar.
 Bunu "Xarici siyasətdə peşəkarlar” Düşüncə Mərkəzinin əməkdaşı Daniel Urçik "Diplomatic Courier” jurnalındakı məqaləsində yazıb.
Müəllif qeyd edir ki, ABŞ Azərbaycanla diplomatik, iqtisadi, eləcə də təhlükəsizlik sahəsində münasibətləri möhkəmləndirməlidir:
"Bu, ABŞ-a regionda öz təsirini gücləndirməyə imkan verəcək. Azərbaycanla münasibətlərin inkişafına diqqətin yönəlməsi enerji təhlükəsizliyinin təmin olunmasından, Türkiyə və İsrail kimi ölkələrlə münasibətlərin yaxşılaşdırılmasınadək ABŞ-a kömək göstərə bilər”.
Məqalədə qeyd olunur ki, Azərbaycanın Türkiyə və İsraillə sıx münasibətləri ABŞ-a bu ölkələrlə gərginləşmiş münasibətləri yaxşılaşdırmaq imkanı verir.(
Trend)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər