SON DƏQİQƏ

Türkiyədə tarixi gün - Xalq seçim edəcək

Tarix:

15-04-2017, 11:32

/ 3 837 dəfə oxundu.
Türkiyədə tarixi gün - Xalq seçim edəcək

Sabah Türkiyədə Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı referendum keçiriləcək.
Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi təklif olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident idarə üsuluna keçid, baş nazir vəzifəsinin ləğvi, Türkiyə Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfər çıxarılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir. 
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası dəyişikliyi dəstəkləsə də, Cümhuriyyət Xalq Partiyası (CHP) bunun əleyhinədir. 
Qeyd edək ki, ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslər ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ