SON DƏQİQƏ

İlham Əliyev Sisiyə başsağlığı verdi

Tarix:

9-04-2017, 19:30

/ 2 977 dəfə oxundu.
İlham Əliyev Sisiyə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - məktubda bildirilib.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər