
Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.
"RİA Novosti”yə istinadən xəbər verilir ki, tərəflər həmçinin siyasi, iqtisadi-ticarət və humanitar-mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, Avrasiya məkanında inteqrasiyanın inkişafının perspektivləri müzakirə ediləcək.