SON DƏQİQƏ

Ekstremistlərin son ümidləri MƏHV OLDU

Tarix:

29-03-2024, 11:03

/ 3 675 dəfə oxundu.
Ekstremistlərin son ümidləri MƏHV OLDU

Prezident İlham Əliyevin Xankəndində alovlandırdığı Novruz tonqalı ekstremistlərin son ümidlərini də məhv etdi
2024-cü il martın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında alovlandırdığı Novruz tonqalı həm Ermənistandakı ekstremistlərin, həm də onların xarici havadarlarının əzəli torpağımız olan Qarabağın ermənilərə qaytarılması barədə ümidlərini məhv etdi.
Arıq dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qaladığını xüsusi vurğulayan dövlətimizin başçısı bunu 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində etdiyini xatırlatdı: “Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”.
Azərbaycannın İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərdiyini qeyd edən Prezident İlham Əliyev Allahdan bütün şəhidlərimizə rəhmət dilədiyini bildirib. O, vurğulayıb ki, Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Prezident xüsusi qeyd edib ki, geniş quruculuq işləri apararaq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il də bu proses davam edəcək.
İkinci Qarabağ müharibəsinin nəticələrinin Ermənistana və onun havadarlarına dərs olmadığını təəssüflə qeyd edən dövlətimizin başçısı bildirib ki, bu məğlubiyyət onlara dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.
Xankəndinin mərkəzində yerləşən meydana və arxada ucalan binaya işarə edən Prezident İlham Əliyev bildirib ki, uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Dövlətimizin başçısı deyib: “Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.
Prezident İlham Əliyev öz müraciətində Xankəndi qədim Azərbaycan torpağı olması barədə faktları da açıqlayıb. Dövlətimizin başçısı təəssüflə deyib: “Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq”.
Azərbaycan xalqına müraciətini “Qarabağ Azərbaycandır!” sözləri ilə tamamlayan dövlətimizin başçısı xalqımızı bayram münasibətilə ürəkdən təbrik edib, ona cansağlığı, yeni uğurlar arzulayıb.
Qafar ƏLİYEVскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ