SON DƏQİQƏ
» » İqtisadi uğurlarımız həm quruculuq işlərinə təkan verir, həm də hərbi gücümüzü artırır

İqtisadi uğurlarımız həm quruculuq işlərinə təkan verir, həm də hərbi gücümüzü artırır

Tarix:

17-07-2023, 10:50

/ 1 917 dəfə oxundu.
İqtisadi uğurlarımız həm quruculuq işlərinə təkan verir, həm də hərbi gücümüzü artırır

İqtisadi uğurlarımız həm azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə təkan verməyə, həm də hərbi gücümüzü artırmağa imkan verəcək
İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə son altı ayda əldə edilən uğurlara yekun vuran Prezident İlham Əliyev bildirib ki, həmin dövrdə əsas vəzifə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub.
Dövlətimizin başçısı son altı ay ərzində iqtisadiyyatımızın inkişaf etdiyini, xüsusən qeyri-neft sektorunun və qeyri-neft sektorunun sənaye sahəsinin kifayət qədər artdığını bildiriib. Qeyd edib ki, qeyri-neft sənayemiz 6,5 faiz, qeyri-neft sektoru isə, ümumiyyətlə, 3 faizdən çox artıb.
Ölkənin maliyyə vəziyyətinin mühüm dərəcədə yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı bunun əsasında maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini,n vergi və gömrük orqanlarında islahatların davam etdirilməsinin, şəffaflığın təmin edilməsinin dayandığını bildirib. Bunun nəticəsində proqnozlardan xeyli çox vəsait toplanmasını sevindirici hal kimi xarakterizə edib. Vurğulayıb ki, dövlət büdcəmiz rekord həddə çatıb: "Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq".
Prezident İlham Əliyev qeyd edib ki, iki əsas istiqamət üzrə: Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması üzrə mühüm uğurlar əldə edilib. Birinci istiqamətlə əlaqədar bütün işlər nəzərdə tutulduğundan daha sürətlə icra edilir. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur.
Prezident İlham Əliyev, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən də böyük bərpa işlərinin aparıldığını və ondan çox məscidin yenidən inşa edildiyini qeyd edib.
İkinci əsas istiqamətin hərbi gücümüzün artırılmasına yönəldildiyini bildirən dövlətimizin başçısı son illər beynəlxalq vəziyyətin gərgin olduğunu qeyd edib. Azərbaycanın həmişə ədalətin və beynəlxalq hüququn tərəfdarı olduğunu bildirən dövlətimizin başçısı həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi bu mövqenin qəti olduğunu deyib. Bildirib ki, qurumun nazirlər səviyyəsində son toplantısı bunu bir daha təsdiq etdi.
Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyinin aydın olduğunu söyləyən Prezident İlham Əliyev bu mövqenin məntiqə və beynəlxalq hüquqa əsaslandığını da deyib: "Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər". Dövlətimizin başçısı son müsbət məqamlardan biri kimi, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkətlərin müşahidə edildiyini bildirib.
Ölkəmizin digər sahələrdəki vəzifələrinə toxunan Prezident İlham Əliyev xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyətinin daha da artdığını bildirib: "Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir".
Müşavirədə ekoloji tarazlıqla bağlı olan məsələyə toxunan dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzurun ekoloji fəlakət zonasına çox yaxın olduqlarını xatırladıb. Ölkəmizdə "yaşıl enerji" ilə əlaqədar layihələrdən bəhs edən Prezident İlham Əliyev bu yolla həm Naxçıvan Muxtar Respublikanın bütün tələbatının təmin ediləcəyini, həm də qonşu ölkələrə də “yaşıl enerji”nin ixrac olunacağını bildirib.
Ölkəmizin böyük hissəsinin artıq rəsmən “yaşıl enerji” zonası elan edildiyini xatırladan dövlətimizin başçısı bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisənin tamamilə qəbuledilməz olduğunu deyib: "Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi"? Azərbaycanda xaosun, özbaşınalığın, təxribat xarakterli addımların 1993-cü ildə başa çatdığını vurğulayan Prezident İlham Əliyev unudanlara bunun xatırladıla biləcəyini deyib. Vətəndaşları həm mədəniyyət göstərməyə, həm də qanuna tabe olmağa çağırıb.
Eyni zamanda, bu hadisənin təbii səbəblərinin olduğunu da qeyd edib. Əlaqədar qurumlara tapşırıq verən Prezident İlham Əliyev məsələnin araşdırılması və həm ona, həm də ictimaiyyətə məlumat verilməsi üçün bir həftə vaxt müəyyən edib: "Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!"
Dövlətimizin başçısı müşavirədə daha bir əhəmiyyətli hadisə haqda da məlumat verib. Bildirib ki, bu günlərdə “Abşeron” qaz-kondensat yatağından çıxarılan ilkin qaz mühüm əhəmiyyətə malikdir: "Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına".
Göründüyü kimi, iyulun 11-də keçirirlən müşavirə ölkəmizin həm siyasi, həm də sosial-iqtisadi inkişafı istiqamətində mühüm irəliləyişlərin əldə edildiyini bir daha vurğulamaqla yanaşı, qarşıda duran mühüm vəzifələri də müəyyən etdi.

Qafar Əliyev,
YAP Qaradağ rayon təşkilatının sədri
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ