SON DƏQİQƏ
» » 3 min şəhidin ölüm kağızına qol çəkmişəm - Əli Əsədov

3 min şəhidin ölüm kağızına qol çəkmişəm - Əli Əsədov

Tarix:

17-03-2023, 17:20

/ 3 024 dəfə oxundu.
3 min şəhidin ölüm kağızına qol çəkmişəm - Əli Əsədov

Vətən müharibəsində şəhid olan 3 min şəxsin hər birinin ölüm kağızına mən qol çəkmişəm.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.

Əli əsədov deyib ki, Prezident və Birinci vitse-prezident, dövlətimiz bu insanlara yüksək qayğı ilə yanaşır:

"Ev, maşın, varisləri ilə bağlı qayğılar, adlarının əbədiləşdirilməsi ilə əlaqədar addımlar atılır. Bir məqamı da deyim. Azərbaycanda 4500-ə yaxın məktəb var, 3600-ə qədərinə ad verilib. Bəzi hallarda şəhidlərimiz eyni məktəblərdə oxuyub. Hesab edirəm ki, ən azı məktəblərə şəhid adları verilə bilər. Küçələrə gəlincə, arxayınıqmı ki, o adları versək, şəhid ailələri onu qəbul edir? Bu məsələyə baxılır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ