Roza Zərgərliyə yeni vəzifə verildi

Roza Zərgərliyə yeni vəzifə verildi

Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayacaq "Kanal S"də vəzifə verilib.

Sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək. Sözügedən kanal gələn ay yayıma başlayacaq.

Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, "Bakı vaxtı ilə" proqramının aparıcısı və müəllifi olub. Hazırda ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir

скачать dle 12.1
Geri qayıt