Murad Bozdan gözlənilməz QƏRAR
Türkiyənin məşhur müğənnisi Murad Boz yeni açıqlama verib.
GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Hadi İnşallah", "Qardaşım mənim", "Dönərsə sənindir", "Qardaşım mənim - 2" kimi məşhur komediyalarda rol alan müğənni artıq bu janrda filmlərə çəkilməkdən imtina edib.
Boz bildirib ki, özünü daha ciddi rollarda sınamaq istəyir.
Qeyd edək ki, Murad Boz 5 ildən sonra, bu ilin 21 dekabr tarixində, Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.