Berguzar Korelin yeni imici - FOTO
Türkiyənin məşhur aktrisalarından Bergüzar Korel saçlarını kəsdirib.
Gunaz.az xəbər verir ki, Aktrisa yeni imicində çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Aktrisanın yeni saç stili izləyicilər tərəfindən bəyənilib. Onlar aktrisanın şəklinə “gözələ nə etsə, yaraşır” kimi tərifdolu şərhlər yazıblar.
Qeyd edək ki, bir müddət əvvəl aktrisa Birce Akalay da saçlarını qısa kəsdirmişdi. Aktrisanın yeni imici bəyənilməmişdi.