Türkiyəli məşhur aktyor həbs olundu
Aktyor Barış Atay Mengüllü səhər saatlarında evinə gələn polislər tərəfindən həbs edilib.
Gunaz.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun tvitter hesabından etdiyi paylaşımlar səbəb göstərilərək nəzarətə alınıb.
Vəkili Efkan Bolaç “Barışın evinə səhər saat 6-da polislər gəlib. Nəzarətdə qalacağı vaxt və günahı haqda məlumatımız yoxdur” sözlərini deyib.