Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu – FOTO – VİDEO
Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl “Güzel Şeyler” adını verdiyi albomunu təqdim edib.
Gunaz.az xəbər verir ki, Albomda türk bəstəkarlarla yanaşı Azərbaycan mahnısı da yer alıb.
Belə ki, Sinan Akçıl xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” adlı mahnısın oxuyub.
Sözləri Leyli Erol – İsrafilova, musiqisi isə Hakan Erola aid olan mahnıya Sinan “Seni böyle sevmediler” adını verib. Disk tezliklə “DMC” şirkətinin etiketi ilə satışda olacaq.
Qeyd edək ki, Aygün Kazımova 2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarı olan Sinan Akçılla iş birliyi qurub. Onunla “İkinci sen” adlı duet ifa edib.