Gunaz.az Axşam.az-a istinadən xəbər verir ki, Elnur tədbirlərin birində onlarla duet oxumaq istədiyini deyib: 

“Çoxdandır ağlımda bir layihə var. Öz müğənnilərimiz – Aygün Kazımova, Tünzalə Ağayeva, Nigar Camal, Sevda Ələkbərzadə, Samir Cavadzadəyə duet təklifi edirəm. Layihəmizin adı da “Biz ailəyik” olsun. Çünki hər yerdə yazırlar ki, bizimkilər bir-birini qırır. Qoy bu layihə ilə bilsinlər ki, biz əslində ailəyik. Duetdən sonra birgə konsert də verə bilərik”. 

Qeyd edək ki, tədbirdə iştirak edən müğənnilər Elnurun bu təklifini alqışlarla qarşılayıblar.