Özcan Dənizdən anasına 2,5 milyonluq hədiyyə
Aktyor və rejissor Özcan Dəniz anası Kadriye Dənizə ev alıb.
Gunaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zekeriyaköydə yerləşən villaya aktyor 2,5 milyon lirə pul xərcləyib.
Bildirilir ki, Özcan 7 aylıq hamilə sevgilisi Feyza Aktanla da həmin ərazidə yaşayır. Onun anasına yaxınlıqda ev almasının səbəbi də Feyzanın uşaq dünyaya gətirdikdən sonra tək qalmamasıdır.