Xoşqədəm ilk dəfə əkizlərini Seda Sayanın verilişində göstərdi– VİDEO
Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva və həyat yoldaşı türkiyəli müğənni Doğuş illərdir Türkiyədə yayımlanan “Seda Sayanla” verilişində qonaqdır.
Gunaz.az xəbər verir ki, Övladları dünyaya gəldikdən sonra onları hər kəsdən gizli saxlayan cütlük əkizlərinin üzünü ilk dəfə sözügedən verilişdə göstərib.
Proqramda Doğuşun bu vaxta qədər övladlarını mediadan gizlətməsinin səbəbinin nəzərdən qorxduğu olduğu bildirilib.
Qeyd edək ki, 2014-cü ildə ailə həyatı quran cütlüyün 2016-cı ildə Arda və Arın adlı əkiz övladları dünyaya gəlib.