Əməkdar artistin oğlundan təqdirəlayiq hərəkət

Əməkdar artistin oğlundan təqdirəlayiq hərəkət
ATV-də keçirilən "Vayn şou"nun qalibi məlum olub.
Yarışmanın qalibi Əməkdar artist Rəfael İsgəndərovun oğlu Fuad İsgəndərov olub. O, şəxsi İnstaqram hesabında yarışma ilə bağlı təəssüratlarını bölüşüb:
"Bu gün dostluq qalib gəldi. Bu iki ay ərzində bəzən məyus oldum, bəzən sevindim, amma ən böyük uğurum sizin sevginizi qazanmaqdır. Hər birinizə təşəkkür edirəm".
Qeyd edək ki, F.İsgəndərov yarışmada mükafat kimi verilən motosikleti onunla bərabər müsabiqədə iştirak etmiş nitq qüsurlu videoblogger Mahmud Səfərova hədiyyə edib.(Kult.az)
скачать dle 12.1
Geri qayıt