Ebru Gündeş Ramazan bayramının ilk günü verdiyi konsertdə geyindiyi paltarı ilə hər kəsi heyran edib. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, vətənində sevənlərinin qulaqlarının pasini silən gözəl müğənni, 15 min svarovski daşlarla tək-tək işlənmiş paltarı ilə tamaşaçılarını heyran qoyub. Ebru Gündeş Antalyada bir neçə gün davam edəcək konsertinin ardınca Kəmər Festivalında sevənləri ilə bir daha görüşəcək.