Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək

Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək
Bu gün Ukrayna paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.
Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.
Ümumilikdə, bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.
Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.
Finaldan bir gün öncə bütün finalçılar son məşqlərini ediblər.
Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

GUNAZ.az 

скачать dle 12.1
Geri qayıt