Müğənni Hande Yenerin konserti zamanı başına iş gəlib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, səhnədəki rəqqaslardan biri ilə toqquşan ifaçının dişi sınıb. Tamaşaçıları intizarda saxlamayan Hande hər şeyin yaxşı olduğunu, sadəcə dişinin sındığını deyərək, performansına davam edib.