AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Biz”, “Səssiz səslər” və “44 gün” film və televiziya layihələri üzrə xidmətlərə görə Səfərova Afaq Bəşir qızına (Afaq Bəşirqızı) (VÖEN – 1500857912) 10 min 500 manat ödəniş edəcək.
GunAz.az xəbər verir ki, bu məqsədlə AzTV Afaq Bəşirqızı ilə satınalma müqavilələri imzalayıb.
Qeyd edək ki, Afaq Bəşirqızı ilə imzalanan müqavilə 8 ay (20.04.2026 – 31.12.2026) müddətində qüvvədə olacaq.
Məlumat üçün onu da bildirək ki, AzTV “Biz”, “Səssiz səslər” və “44 gün” film və televiziya layihələri üzrə xidmətlərə görə Əliyev Ələkbər Həsən oğluna (VÖEN – 2902591772) 9 min 500 manat, Qurbanova Zülfiyyə Misirxan qızına (VÖEN – 2902858942) 12 min 500 manat, İbrahimov Şamil Zülfüqar oğluna (VÖEN – 1503651302) isə 15 min manat ödəyəcək.
скачать dle 12.1
Geri qayıt