İki məşhur müğənni bir-birini məhkəməyə verdi

İki məşhur müğənni bir-birini məhkəməyə verdi
Türkiyə şou-biznesində məşhur müğənnilər İrem Derici və Burcu Güneş arasındakı gərginlik məhkəmə yolundan keçib. 
GunAz.az xəbər verir ki, sosial şəbəkədə başlayan mübahisədən sonra sənətçilər bir-birlərini məhkəməyə veriblər.
Məlumata görə, Burcu Güneş qatıldığı tədbirdə Demet Akalını özünə rəqib görmədiyini bildirdikdən sonra İrem Derici sosial şəbəkədə Akalına dəstək verərək Güneş haqqında “ruh xəstəsi” ifadesini işlətmişdi. Bu sözlərdən sonra Burcu Güneş Dericiyə qarşı Türkiyə pulu ilə 250 min TL-lik mənəvi təzminat davası açıb.
Məsələ ilə bağlı ilk dəfə danışan İrem Derici də qarşı tərəfə iddia qaldırdığını bəyan edib. O, Burcu Güneşə mesaj yazaraq məhkəməyə ehtiyac olmadığını bildirdiyini, lakin özünün telefonla danışmaq fobiyası ucbatından zənglərə cavab verə bilmədiyini vurğulayıb. Derici bu qorxusunun 2017-ci ildə reanimasiyada keçirdiyi ağır müalicə prosesindən sonra yarandığını etiraf edib.
38 yaşlı müğənni açdığı davanı qazanacağı təqdirdə, əldə ediləcək gəliri HAYTAP (Heyvan Haqları Federasiyası) və heyvan sığınacaqlarına köçürəcəyini açıqlayıb.
Sənətçi artıq bu növ qalmaqallarla gündəmə gəlmək istəmədiyini və köhnə xarakterini geridə qoymağa çalışdığını qeyd edib 
Xatırladaq ki, Fevralın 3-də Melih Kunukcu ilə nişanlanan İrem Derici evlilik planlarına da aydınlıq gətirib. 
Ulduz müğənni bu il toy etməyəcəklərini, rəsmi nikahdan sonra toy mərasimini gələn ilə saxladıqlarını bildirib.



скачать dle 12.1
Geri qayıt