Serenay ölkədən gedir
Türkiyənin məşhur aktrisası Serenay Sarıkayanın İtaliyanın Sardiniya adasına köçmək qərarı aldığı bildirilir.
GunAz.az xəbər verir ki, məlumata görə, aktrisa ilin böyük hissəsini artıq bu adada keçirməyi planlaşdırır.
GunAz.az xəbər verir ki, məlumata görə, aktrisa ilin böyük hissəsini artıq bu adada keçirməyi planlaşdırır.
Məşhur aktrisanın bu addımı sosial mediada geniş rezonans doğurub.
İddialara görə, Sarıkaya daha sakit və diqqətdən uzaq bir həyat tərzi sürmək istəyir. Lakin bu qərarın yalnız şəxsi rahatlıq axtarışı ilə bağlı olmadığı, eyni zamanda yeni beynəlxalq layihələrlə əlaqəli ola biləcəyi də müzakirə olunur.
Xüsusilə ssenarist Ece Yörenç ilə əməkdaşlıq ehtimalı, aktrisanın beynəlxalq bir layihəyə hazırlaşdığı barədə iddiaları gücləndirib.
33 yaşlı aktrisa son illərdə bir çox rəqəmsal layihədə rol alıb və son olaraq “Kimler Geldi Kimler Geçti” serialında “Leyla Taylan” obrazını canlandırıb.
Ayrıca, Sarıkaya 2023-cü ilin sonlarından etibarən müğənni Mert Demirlə münasibətdədir. Cütlüyün birlikdə köçüb-köçməyəcəyi isə hələlik məlum deyil.
