Tanınmış xanəndələr MHƏBBƏT kAZIMOVU yad edəcək

Tanınmış xanəndələr MHƏBBƏT kAZIMOVU yad edəcək
Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi.
GunAz.az bildirir ki, Əməkdar artist Məhəbbət Kazımovun repertuarında yer alan mahnılar tanınmış və müasir ifaçılar tərəfindən səsləndiriləcək.
Tamaşaçılar həmçinin səhnədə ansamblın canlı müşaiyəti ilə ekranda mərhum sənətkarın ifasının şahidi olacaqlar.
Gecədə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artistlər Könül Kərimova, Cabir Abdullayev, Sevinc Sarıyeva, Ehtiram Hüseynov, Elnur Zeynalov, İlkin Əhmədov, Nigar Şabanova, müğənnilər Sahib İbrahimov, Eldəniz Məmmədov, Güllü Muradova, Mirələm Mirələmov, Murad Laçınlı, Pərviz Qasımov və "Laçın" muğam qrupu iştirak edəcəklər.
Konsert proqramı oktyabrın 22-si Heydər Əliyev Sarayında baş tutacaq.
Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall, ASAN xidmət mərkəzlərindən və http://xn--iticket-6he.az/ saytından əldə edə bilərsiniz.
скачать dle 12.1
Geri qayıt