Nüşabə Ələsgərlinin vaxtını ən çox bu alır

GunAz.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "7 Tamam" verilişində deyib.
"Səhər tezdən yuxudan ayılanda telefonu götürürəm ki, görüm kim zəng edib. Sonra mesajlara baxmaq üçün vatsapa daxil oluram. Daha sonra da deyirəm ki, bir az sosial şəbəkələrə baxım. Bir də görürəm ki, 2 saatdır oradayam" deyə, bildirib.