"Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir"

GunAz.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Tarixin bir günü” verilişində deyib. Müğənni proqramlarda sənətkarlarla bağlı yeni ifaçılara sual verilməsinə əsəbiləşib.
Nazpəri aparıcılara səslənərək bildirib ki, onların bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir:
“Durub demək ki, bu kimdir, kimin mahnısıdr? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu, sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır.
Hər verilişə getrmirəm. Sərt danışmaq istəmirəm. Tamaşaçı, 15 il incəsənət universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbəri olmayana Canahgir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu, Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq bir qüsur. Bəstəkarları tanımamaqları isə ləkədir”.