"150 manatla heç 1 gün dolana bilmirəm"

"150 manatla heç 1 gün dolana bilmirəm" "Əməkdar artist" fəxri adına görə ayda 150 manat alıram.O pul isə mənə heç bir gün də bəs etmir".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Tarixin bir günü" verilişində deyib. Qarmon ifaçısı bildirib ki, aldığı məvaciblər dolana bilmir:
"55 ildir bu sənətdəyəm. Köhnə nəsil qarmon ifaçılarından birinci mən çıxmışam. Ehtiyacım var ki, deyim, heç olmasa mənə Prezident təqaüdü versinlər. Qocalanda heç kimə möhtac olmayım. Axı sənətim var, dolanmalıyam. Mənim yaşım var, bu təqaüdü verməlidirlər. Amma vermirlər. İndi buna görə dava etməyəcəyəm ki..."

скачать dle 12.1
Geri qayıt