Təmsilçilərimiz “Avroviziya”da neçənci çıxış edəcək?

Bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.
Qrup ölkəmizi "Run With U" mahnısı ilə təmsil edəcək.
Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək.
Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.