"Əvvəllər insanlar mehriban idi"

GunAz.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, insanların əvvəllər daha çox etibarlı olduğunu bildirib:
"Sonra 8-ci mikrorayona köçdük, orada da eyni vəziyyət yaşanırdı. Hətta yaz və yay fəsillərində gündüzlər qonşular qapını açıq qoyur, pərdə asırdılar. Qonşunun evinə girib-çıxmaq, öz evimizə girdiyimiz kimi idi. Necə gözəl günlər idi! Hamı etibarlı idi və etibar etməyi bacarırdı".