"Onların radioda yer alması mümkün deyil"

GunAz.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. O, telekanallarda bayağı mahnıların reklam edilməsindən danışıb:
"Radiolar musiqi mədəniyyətimizə daha çox xidmət edirlər. Onlar daha çox o musiqini qoruyurlar. Azərbaycan radiolarında bayağı musiqilər eşitməmişəm. Çox nadir hallarda belə bir şey ola bilər. Amma radiolarımıza həqiqətən də halal olsun. Burada bayağı musiqinin və mahnıların səslənməsi mümkün deyil".