"Əlcək" ölkə trendində birinci oldu
Xalq artisti Aygün Kazımovanın bir həftə əvvəl təqdim etdiyi "Əlcək" mahnısı hitə çevrilib.GunAz.az xəbər verir ki, mahnı yutub üzrə ölkə trendində birinci olub. Mahnının izlənmə sayı isə 1 milyonu keçib.
Mahnı eyni zamanda TikTok-da da viral olub.
Qeyd edək ki, bəstənin müəllifi Mirodur. Klip Rusiyada Elena İkonnikova (lenaiko) və komandası tərəfindən süni intelektlə ərsəyə gəlib.
