Sezen Aksu beş ildən sonra qayıdır

GunAz.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu il 70 yaşını qeyd edəcək olan müğənni çoxdan gözlənilən yeni albomunu təqdim edəcək.
“Paşa Gönlümün Şarkıları” adını verdiyi albomda Sezen Aksunun köhnə mahnılarından səkkizinin yeni aranjemanları və üç tamamilə yeni mahnısı yer alacaq.
Son hazırlıqları davam edən albomun 14 fevral Sevgililər Günündə işıq üzü görməsi planlaşdırılır.