Üzeyirin 3 övladı var imiş

GunAz.az xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehtizadə “Qonaqcanlı” verilişində deyib. O bildirib ki, banketlərdən gələn dəvətlərdən imtina edir.
Üzeyir aparıcı Aytəkin Mərdanovanın övladları ilə bağlı sualını cavabsız qoyub. İfaçı 3 övladı olduğunu təsdiqləsə də, bu haqda danışmaq istəməyib.
“Burada ayıb heç nə yoxdur, amma danışmaq istəmirəm. Xasiyyətimlə bağlıdır. Əvvəldən beləyəm, sonradan dəyişməmişəm” deyə, müğənni bildirib. /Axşam.az