"Azərbaycanda bunu mənim qədər edən ikinci müğənni yoxdur"

Varsa, qoyun ortaya. Azərbaycan musiqisində nə qədər adam varsa, yığın, olmayacaq. Yoxdur, getsin hansısa kəndə su çəkdirsin, nəsə etsin".
Bu sözləri Əməkdar artist Elnarə Allahverdiyeva "Künc-bucaq" yutub layihəsində deyib. Müğənni bildirib ki, sənətçilər arasında ən çox xeyriyyə işləri edən özü olub:
"Mümkün deyil. Mən yox, Allahın verdiyi nemətdir. Ağlıma da gəlməzdi ki, Allah bunu mənə versin".
Elnarə 4 milyona villa tikdirməsi məsələsinə isə "Özümə bir koma tikməliydim. Hamı kimi mən də tikdim. Nə xoş ki, onu 4 milyon görürlər" reaksiyasını verib.