"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Əməkdar artist Vasif Məhərrəmli hazırda gündəmdə olan bəzi müğənnilərdən söhbət açıb.
GunAz.az xəbər verir ki, sənətçi “Xəbərin var?” verilişində qonaq olarkən həmin ifaçılar üçün xahiş etdiyini bildirib:
"Bir neçə müğənni var ki, bu gün onlar efirlərdə oxuyurlar. Həmin ifaçılar üçün o vaxt xahiş etmişəm. Amma onlar pul versələr belə heç birini efirə buraxmırdılar. İndi efirdədirlər, dayanmırlar".
