"Kişinin qadını maraqlı olmalıdır"

GunAz.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "Qonaqcanlı" verilişində deyib. Aktyor aparıcılardan şikayətlənib.
Gəlini, aktrisa Aydan Axundovadan danışan Ç.Əhmədov "Səliqəli, böyük, kiçik yeri bilən gəlindir. Özünü qane edirsə, bizi də qane edir. Oğlum ayrı yaşayır. Qismət olsa, ev də alacağıq. Bizim evimiz balaca olduğu üçün çətindir. Onların sevgisinə sevinirəm. Kişinin qadını maraqlı, beyinli, düşüncəli olmalıdır. Bizim evdə trəbiyəni xanımım Mehriban qoyub. Hüquqşünasdır, ağır təbiyətlidir. Ailəmizi mükəmməl edən Mehriban xanımdır" sözlərini söyləyib.
Qeyd edək ki, aktyorun oğlu İbrahim Çingiz aktrisa Aydan Axundova ilə ailəlidir.