Yıldız Tilbe qəzaya düşdü

Yıldız Tilbe qəzaya düşdü Məşhur müğənni Yıldız Tilbe qəza keçirib.
GunAz.az xəbər verir ki, qəza yerli vaxtla səhər saat 07.40 radələrində baş verib.
Əldə edilən məlumata görə, Yıldız Tilbe avtomobili ilə eyni istiqamətdə hərəkət edən mülki polis maşınına arxadan çırpılıb.
Qəza nəticəsində ölən və yaralanan olmayıb, hər iki avtomobilə ziyan dəyib.
Qəzadan sonra şoka düşən məşhur müğənni cərimələnib.//Baku.ws
скачать dle 12.1
Geri qayıt