"Evdar xanımlar estetik etdirməsin"

GunAz.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Səhər görüşləri Lamiyyə Ələkbərova ilə" verilişində qonaq olarkən deyib. O, yenidən estetik əməliyyat etdirəcəyini açıqlayıb:
"Dietoloqum mənə deyir ki, axşam 6-dan sonra qəti yemək yemək olmaz. Niyə? Gedirəm restorana, balığı gətirirlər qara ikra ilə, yeməyim? Ondan evdə var? Hamı deyir ki, ac yatın, ölün acından. O gün dedilər ki, əməliyyat etdirənlərin içində ən qəşəngi bir Divadadır (Xalq artisti Aygün Kazımova - red.), bir də səndə. Çünki ürəyimiz təmizdir. Çünki biz heç kimə paxıllıq etmirik. Əməliyyatdan sonra anam dua edirdi, ağzım əyilmişdi. Həkim dedi, düzələcək. Hələ bir il tamam olmayıb. Yenə də elətdirəcəyəm".