"Əsl halal zəhmət bizdədir"

"Əsl halal zəhmət bizdədir"
"Allah həmişə istədiyi bəndəsinə əziyyət verir ki, görüm, bu insan şüküründən keçəcək, ya yox. Yəni ki, mənə üsyan edəcək? Hər kəsin ailəsində söz-söhbət olur, amma biz musiqiçilər doğurdan da zəhmətkeşik. Əsl alın təri, halal zəhmət bizdədir. Ona görə ki, yuxusuzluğu, toz-torpağı və təri var".

GunAz.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu "7 Tamam" verilişində deyib. Sənətçi insanların çox dəyişməsindən gileylənib:

"Həyat doğurdan çox qısadır. Yuxudan durursan, səhərlə axşam bir olur. Ömürdən, gündən gedir. Ona görə insanlar gərək biri-biri ilə mehriban, həmdəm olsunlar. Hərdən deyirəm ki, pandemiyadan sonra bunlara nə iynəsi vurublar ki, insanlar biri-birinə qarşı laqeyd, paxıl olublar. Bir adamın pis günü olmasına sevinirlər. Çox dəyişiblər, bilmirəm nədəndir".
скачать dle 12.1
Geri qayıt