"Acından öləndə cibinə pul qoyurdum, indi isə..."

GunAz.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan yardım etdiyi sənət adamlarından danışıb. Sənətçi bildirib ki, bir vaxtlar cibinə pul qoyduğu ifaçılar ona nankorluq edib:
"Yeri gələndə ciblərinə pul qoymuşam. Onlar indi sənətdədirlər, amma mənə nankor çıxıblar. Bir bulka almağa pulları da olmayıb, acından ölüblər. Ana soruşub, qızım, oğlum hardadır? Demişəm, narahat olma, bizdədir. İndi bilirsiniz, onlar necə nankor olublar?". Axşam.az