Aygün Bəylərlə vida mərasimi keçirilir

Mərasim Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilir.
Vida mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak edir.
Əməkdar artist saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.