Pit Colinin tələbindən imtina etdi

Pit Colinin tələbindən imtina etdi
Xəbər verdiyimiz kimi, ötən həftə aktrisa Ancelina Coli boşanma ərəfəsində olduğu əri Bred Pitdən aylıq 100 min dollar aliment tələb edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa eyni zamanda hər uşağın hesabında 5 milyon dollar olanadək onların fond hesabına hər il 250 min dollar pul köçərməyi də tələb edib. 
Həmin vaxt Bred tələb olunan məbləği o şərtlə ödəməyə razılıq verib ki, nəzərdə tutulan pul həqiqətən də fonda köçürüləcək. 
Lakin bu gün qərb mətbuatının yaydığı məlumata görə, Pitt aliment verməkdən imtina edib. O, nəinki, 6 uşaq üçün pul ödəmək istəmir, hətta, uşaqların himayədarlığını öz üzərinə götürmək üçün əlindən gələni edir.(Axşam.az)

Gunaz.az

скачать dle 12.1
Geri qayıt