Zaur Baxşəliyev ATV-dən ayrılır? - AÇIQLAMA

Zaur Baxşəliyev ATV-dən ayrılır? - AÇIQLAMA
Yerli mətbuatda uzun müddətdir Azad Azərbaycan televiziyasında çalışan Zaur Baxşəliyevin Xəzər tv-yə keçməsi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı ATV kanalı ilə əlaqə saxlayıb. Kanalın mətbuat katibi Ozal İbrahimli bildirib ki, bu barədə iddialar doğru deyil:

"Heç bir əsası yoxdur. Xəzər TV-yə qonaq kimi gedib. Zaur Baxşəliyev ATV-də yeni mövsümə yeniliklərlə dolu verilişlərə hazırlaşır".

Qeyd edək ki, aparıcı Xəzər tv-yə gedərək oradakı keçmiş iş yoldaşları ilə şəkil çəkdirib. Bu görüntülər aparıcının ATV-dən ayrıldığı iddialarını gücləndirib.
скачать dle 12.1
Geri qayıt