SON DƏQİQƏ

"Mən onu tanımıram, həyat yoldaşımın kim olduğunu hamı bilir ” - Şəbnəm Tovuzlu

Tarix:29-04-2021, 18:20 Oxunub:6 059

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkir rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işində "Park Kolizey” MTK-nın rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) adı hallanır.

İş adamının müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova ilə sevgili olduğu yazılır.

 

GünAz.az xəbər verir ki, teleqraf.az Famil Xəlilovun adı ilə hallanan müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova ilə əlaqə saxlayıb.

Müğənni Şəbnəm Tovuzlu saytımıza açıqlamasında bildirib ki, Famil Xəlilovla heç bir əlaqəsi yoxdur: "Mən onu tanımıram. Hamı bilir ki, mənim həyat yoldaşım kimdir”.

Vəfa Şərifovanın köməkçisi Orxan İslamov isə bildirib ki, Famil Xəlilov Vəfa Şərifova ilə evlidir: "Famil Xəlilov Vəfa Şərifovanın həyat yoldaşıdır, onlar birlikdədirlər. Hətta Məryəm adlı övladları da var. Şəbnəm Tovuzlu ilə hər şey qaydasındadır. Bu gün Vəfa xanım Şəbnəm Tovuzlu ilə danışdı. Famil Xəlilovun isə Vəfa Şərifovadan öncə Şəbnəm Tovuzlu ilə münasibətinin olub-olmamasını bilmirəm”.

Xatırladaq ki, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<