SON DƏQİQƏ
» » Səmra Rəhimli beynəlxalq yarışmada Azərbaycanı təmsil edəcək

Səmra Rəhimli beynəlxalq yarışmada Azərbaycanı təmsil edəcək

Tarix:

24-04-2021, 16:15

/ 1 631 dəfə oxundu.
Səmra Rəhimli beynəlxalq yarışmada Azərbaycanı təmsil edəcək

Müğənni Səmra Rəhimli müxtəlif ölkələrdən olan həmkarları ilə birlikdə prezidenti Rusiyanın Xalq artisti İqor Krutoy olan beynəlxalq layihədə iştirak edəcək.

O, bu barədə "Sputnik Azərbaycan”a açıqlamasında bildirib.

Avqustun 25-də Soçidə keçiriləcək "Yeni dalğa” beynəlxalq yarışmasına Avstraliya, Belarusiya, Gürcüstan, İtaliya, Ermənistan, Qazaxıstan, Hollandiya, İspaniya, Bolqarıstan, Serbiya, Rusiya da daxil olmaqla 14 ölkədən ifaçılar qatılacaq.

"Yeni Dalğa” gənc pop müğənnilərin hər il keçirilən beynəlxalq müsabiqəsidir.

Azərbaycanlı cazibədar müğənni Səmra Rəhimli də bu yarışmada iştirak edəcək. Gənc müğənni daha əvvəl "Azərbaycanın səsi” milli vokal müsabiqəsində iştirak edərək şöhrət qazanıb, sonra isə "Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib. 

скачать dle 12.1

Şərhlər