SON DƏQİQƏ
» » “Məni televiziyaya buraxmırlar, amma verilişimin eynisini çəkirlər...” - Kamran Həsənli

“Məni televiziyaya buraxmırlar, amma verilişimin eynisini çəkirlər...” - Kamran Həsənli

Tarix:

5-04-2021, 20:52

/ 4 047 dəfə oxundu.
“Məni televiziyaya buraxmırlar, amma verilişimin eynisini çəkirlər...” - Kamran Həsənli

"Ümumi olaraq biz bilirik ki, Azərbaycan televiziyası bərbad haldadır və heç bir kanala baxmırlar. Televiziyaların yerli-dibli konsepsiyaları dəyişməlidir”.

GünAz.az xəbər verir ki, bunu aktyor, aparıcı Kamran Həsənli deyib. K.Həsənli bu gün bir çox telekanalların onun verilişini təkrar etdiyini bildirib:

 

"Bizim telekanallarımızın hamısı bir-birinin tayıdır, fərqlənmirlər. Hamısında eyni konsepti, qeyri-peşəkarlıqdı və yalançılıqdı. Belə televiziya olmaz. Bu reytinqləri harda təyin etdiklərini bilmirik. Reytinq cədvəlləri cəfəng şeylərdi, bunu özləri təyin edilər. Ümumi olaraq biz bilirik ki, Azərbaycan televiziyası bərbad haldadır və heç bir kanala baxmırlar. Televiziyaların yerli-dibli konsepsiyaları dəyişməlidir. Əgər fikir versəniz görərsiniz ki, televiziyaların bütün verilişləri 2000-ci ildə bizim fikirləşdiyimiz "Sizin saat” verilişini təkrar edirlər.

Mahnı oxuyub, söhbət edirlər. Mənim özümü televiziyaya buraxmırlar, amma verilişimi təkrar edirlər. Hansı televiziyanı açırsan qonaqla söhbət edib, mahnı oxuyurlar. Sanki heç dünyanı görmürlər. Mən verilişimdə bundan kəskin söhbət edirdim. İndi isə kreslo bahalaşıb, amma mövzu kasadlaşıb və kəskin söhbət etməyə də qorxurlar. Arada da beş-altı mahnı oxuyub yola verirlər. Bir sözlə, televiziyamız çox düşük haldadı. Danışanda da görürsən ki, süni, ürəkdən yox, yalandan danışırlar. Özləri də elə edirlər ki, lap ürəkdən olsun. Çünki televiziya redaktorları tapşırır ki, bu şeyləri ürəkdən et. Çəkdikləri seriallar da əttökəndi”./Moderator.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ