SON DƏQİQƏ
» » Sevil və Sevincin 1,3 milyonluq klipini İradə sildirdi - VİDEO

Sevil və Sevincin 1,3 milyonluq klipini İradə sildirdi - VİDEO

Tarix:

31-10-2018, 12:35

/ 10 458 dəfə oxundu.
Sevil və Sevincin 1,3 milyonluq klipini İradə sildirdi - VİDEO

Müğənnilər Sevil və Sevinc Səfərovaların ötən həftə təqdim etdiyi “Azəri Mashup” adlı videosu "Youtube" kanalından silinib.

GunAz.az Axşam.az-a istinadən məlumat verir ki, əkizlərin DJ Roşka ilə birgə layihəsi 1,3 milyon izlənilmişdi. 
Yayılan xəbərə görə, klipi müğənni İradə Mehri sildirib. Buna səbəb isə bir neçə mahnının istifadə edildiyi layihədə İradənin "Yenə də" ifasından icazəsiz istifadə edilməsi olub. Klipin silinmə səbəbi isə "Youtube"də müəlliflik hüququnun pozulması göstərilib. 
Qısa vaxtdan sonra isə Sevil və Sevinc bacılarının İT xidməti silinən videonu yenidən qaytarıb. 
Qeyd edək ki, bundan əvvəl İradə ilə Damla arasında da bənzər qalmaqal yaşanmışdı. Damla onun "Sevmişdim" mahnısını icazəsiz repertuarına daxil etmişdi. Mehri də sözügedən ekran işini "Youtube"dən sildirib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ